Bakıda oğurluq edən iki nəfərin məhkəmə prosesi başa çatıb. Bu haqda bu gün, 18 sentyabr tarixində məlumat yayılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 10 il müddətə azadlıqdan məhrum ediliblər.

Kənan İsmayılov öz bibisi Gülər Muradovanın evinə Elman Şahmuradovla daxil olublar. Onlar ev yiyəsini hədələyərək 1500 manat pul və 261 manat dəyərində zinət əşyaları götürüblər.