Bakıda itkin düşən Salyan sakini axtarılır. Bu barədə 17 sentyabr tarixində Bakuplus redaksiyasına məlumat daxil olub.

Sentyabrın 16-sı Bakıya gələn 56 yaşlı Əbülfəz Xudaverdiyev itkin düşüb. Son dəfə 17 sentyabr tarixində onunla bacısı əlagə saxlayıb və bundan sonra onun nomrəsinə zəng çatmayıb.

Əbülfəz Xudaverdiyev Salyandan Bakıya gələn vaxt əyninda dama-dama uzun qol köynək, qara pencək, boz şalvar, qara əyaqqabı, barmağında üzük, boynunda gümüş sep olub. Aldığımız məlumata görə, onun əyağında problem olduğuna görə, gəzən vaxt axsıyır.

Qeyd edək ki, Xudaverdiyev fiziki qüsurlu və II qrup əlildir.

Onu görənlərdən xahiş olunur ki, Salyan Rayon Polis Şöbəsinə və 051 768 66 89 (bacısı Ədibə x) nömrəsi ilə əlagə saxlasınlar.