18 sentyabr tarixində Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Keçirilən tədbirdə Mədəniyyət naziri Anar Kərimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi və digər incəsənət xadimlər iştirak ediblər.

Mədəniyyət naziri Anar Kərimov çıxışında musiqisevənləri təbrik edib. Bu günün əhəmiyyətindən və dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğu haqqında danışıb.

Tədbir zamanı onun həyat və yaradıcılığı, Azərbaycanla yanaşı musiqi dünyasına verdiyi töhfələrdən söhbət açılıb. Sonda isə Konservatoriya tələbələrinin iştirakı ilə konsert proqramı keçirilib.