Bakı şəhəri Yasamal rayonunda bu gün 18 sentyabr gecə saatlarında bıçaqlanma hadisəsi baş verib.

“20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən kafedə 27 yaşlı Əli Novruzov naməlum kişi tərəfindən bıçaqlanıb. Təcili tibbi yardım briqadası hər iki sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə onu xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar hadisə 15 sentyabr tarixində Balaxanı qəsəbəsində baş vermişdir. Balaxanı qəsəbəsindəki kafelərin birində işləyən 29 yaşlı Cabir Abulov şəxsi mübahisə zəminində müştəri ilə əlbəyaxa dava etmişdir. Nəticədə Abulov müştəri tərəfindən bıçaqlanaraq yerində dünyasını dəyişmişdir.