Bu gün, 18 sentyabr tarixində Xəzər rayonu Binə qəsəbəsində şəhid leytenant Məhəmməd Zamanlının xatirəsinə tikilən bulağın açılışı baş tutub.

Mərasim Müdafiə Nazirliyi rəsmilərinin, Xəzər rayon İcra Hakimiyyətinin, şəhidin ailə üzvlərinin, döyüşçü yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Məhəmməd Zamanlı 1998-ci il avqustun 3-də Şərur rayonunun Püsyan kəndində anadan olub. O, müharibənin birinci günü, 27 sentyabr, 2020-ci ildə döyüş zamanı həlak olub.

 

Foto Müdafiə Nazirliyinin rəsmi saytı
Foto Müdafiə Nazirliyinin rəsmi saytı