Paytaxtın Yasamal rayonunda taksi sürücüsündən heroin aşkarlanıb. Bu haqda bu gün, 18 sentyabrda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı sakini Kənan Məliklinin narkotik maddələri şəxsi istifadəsi üçün aldığı müəyyən edilib.
Faktla bağlı araşdırma davam edir.
Cari ilin ilk 8 ayı ərzində ölkə ərazisində ümumilikdə 2 ton 636 kiloqramdan artıq narkotik maddə dövriyyədən çıxarılıb.