Bakı şəhərində kartla sərnişindaşıma ilə məşğul olan şirkət sayının günbəgün artmasına baxmayaraq, ödəniş etmək üçün məntəqələr kifayət qədər deyil.

Sakinlərin sözlərinə görə, karta ödəniş etmək üçün bəzən 2-3 dayanacaq getməli və ya ən yaxın ərazidə olan metro stansiyasına yaxınlaşmalı olursan.Terminallar hər dayanacaqda yoxdur. Yaxınlıqda olanlar isə bəzən nasaz olur.

Pik vaxtlarda işə tələsən paytaxt sakinlərinin bir hissəsi vaxt itirməmək üçün taksidən istifadə etmək məcburiyyətində qalırlar.

Hazırda paytaxt ərazisində Bakı metropoliteni stansiyalarında 144, avtobus dayanacaqlarında 50 ədəd “BakıKART” avadanlıqlar və 197 ədəd MilliÖN aparatları mövcuddur.