Paytaxtın 15 məktəbinə yeni direktor təyin olunub. Bu haqda bu gün, 20 sentyabrda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidməti məlumat yayıb.

Dəyişikliklər 109, 136, 156, 170, 172, 173, 31, 21, 229, 262, 312, 52, 55, 59, 96 nömrəli tam orta məktəblərdə baş verib.

Qeyd olunan vəzifə üçün təşkil olunmuş müsabiqə 4 mərhələdən ibarət idi:

  • Elektron sənəd qəbulu;
  • Test imtahanı;
  • Müsahibə;
  • Vakansiyalara yerləşdirilmə.

Bütün mərhələləri keçən şəxslər təyinat alıblar.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak ediblər.