Bakı Beynəlxalq avtovağzalı gücləndirilmiş iş rejiminə keçib. Bu haqda bu gün, 20 sentyabrda Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb.

Hal-hazırda Bakı avtovağzalından 72 istiqamət üzrə 643 avtobus çıxır. Gücləndirilmiş iş rejimində avtobus sayını iki dəfə artırmaq planlaşdırılır. Əsasən Gəncə, Lənkəran, Şirvan, Şəki, Qax, Zaqatala və Qubadan gələn avtobusların sayının daha çox artırılması planlaşdırılır.

Bundan əlavə, Respublikanın daha 56 avtovağzal və avtostansiyası da yeni tədris ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.