Qaradağ rayonunun Ələt qəsəbəsində 19 sentyabr axşam saatlarında yol-nəqliyyat hadisəsi qeydə alınıb.
44 yaşlı Anar Amonov avtomobilin idarəetməsini itirərək beton dirəyə çırpılıb. O, hər iki topuğun yerdəyişən sınığı ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha öncə, 18 sentyabr tarixində həmin qəsəbəsində “Shacman” markalı avtomobil dirəyə çırpılmışdır.