Azərbaycan Tennis Federasiyasının təşkilatçılıq ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnir keçirilir. Turnirdə 18 yaş və digər qruplar üzrə idmançılar yarışır. Bu barədə 20 sentyabr tarixində məlum olub.

İlk turnirdə 17 ölkənin 18 yaşlı idmançıları mübarizə aparıb. Yarışda ümumilikdə 28 oğlan 24 qız yarışıb. Azərbaycanı təmsil edən Tamerlan Əzizov finalda rusiyalı həmkarına qalib gələrək, 1-ci yer tutub.

Qeyd edək ki, qarşıdakı günlərdə digər yaş qrupları üzrə yarışlar keçiriləcək. Beynəlxalq Turnirə isə oktyabr ayında yekun vurulacaq.