Bakıda “Uber” şirkətinin çatdırılma xidməti fəaliyyətə başlayıb. Bu haqda bu gün, 20 sentyabr tarixində məlum olub.

İstifadə etmək üçün ödənişi nağd pulla və ya bank kartı vasitəsilə etmək mümkündür.  Xidmətin minimal dəyəri 2 manat təşkil edir — bu qiymətə ilk 5 dəqiqə və 3,5 kilometrlik gediş daxildir.

Əşyalar göndərilməzdən əvvəl qablaşdırmalı və kuryerə təhvil verməlidir. Bağlamanın çəkisi 20 kiloqramdan artıq olmamalıdır. Avtomobil gəldiyi zaman qəbuledən əşyanı götürmək üçün ona yaxınlaşmalıdır. Onlayn xidmətdə, həmçinin 2 manat əlavə ödəməklə “qapıdan qapıya” çatdırılma seçimi də nəzərdə tutulub, yəni kuryer bağlamanı mənzilin və ya ofisin qapısından götürəcək və qəbuledənə təhvil verəcək.

Çatdırılma xidmətindən istifadə zamanı istifadəçi həm göndərənin, həm də qəbuledənin ünvanını və əlaqə nömrəsini qeyd edir. “Gedişi paylaş” funksiyasından istifadə edərək qəbuledənin avtomobilin marşrut üzrə hərəkətini izləyə biləcəyi keçid yaradılır.