Bakıda bu gün, 20 sentyabr gecə saatlarında xəsarətlərlə nəticələnən 3 yol qəzası baş verib.

Saat 00:30 radalərində Nəsimi rayonunda iki avtomobilin toqquşması nəticəsində 58 yaşlı Mirkamil Əliyev xəsarət alıb. Təcili tibbi yardım Əliyevi sağ bazu sümüyü sınığı ilə xəstəxanaya çatdırılıb.

Daha iki qəza Nərimanov rayonunda baş verib. Saat 02:00 radalərində Ziya Bünyadov prospektində iki avtomobil toqquşub. 25 yaşlı Sirac Qasımov xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Saat 06:00 radalərində 26 yaşlı Tərlan Sultanlı iki avtomobilin toqquşması nəticəsində sağ əlin sınığı ilə xəstəxanaya çatdırılıb.

Hər üç faktla bağlı araşdırma apaırlır.