Ötən gecə Bakı şəhərində 2 yanğın hadisəsi baş verib.

Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli ev yanıb. Evin 40 m² sahəsi və dam örtüyü yanıb.

Yasamal rayonunda binanın 13-cü mərtəbəsində mənzildə yanğın baş verib. Eyvana yığılan istifadəyə yararsız tikinti materiallar yanıb. Nəticədə eyvanın 4 m² sahəsi yanıb.

Yanğınlar FHN bölmələri tərəfindən söndürülüb.