Bakıda yerləşən Əbu Bəkr məscidində əsaslı təmir işlərinə başlanıb. Bu barədə 20 sentyabr tarixində Məscidin imamı hacı Qamət Süleymanov məlumat verib.

Nərimanov rayonu Təbriz küçəsində yerləşən bu məscidin minarəsi və ümumi binası qəzalı vəziyyətdədir. Təmir işləri dövlət tərəfindən aparılır və bir ilə başa çatacaq.

Təmirdən sonra məscid sakinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, Əbu Bəkr məscidi 13 il əvvəl törədilmiş terrordan sonra fəaliyyətini dayandırmışdır.