Bakı Şəhər İcra hakimiyyətinin rəhbərliyində dəyişiklik baş verib. Bu haqda bu gün, 20 sentyabrda məlum olub.

Sabiq polis general-polkovniki Sahib Mirzəyev İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizovun müşaviri vəzifəsinə təyin olunub.

Mirzəyev ötən ilin iyul ayında təqaüdə göndərilmişdir. O, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi olub.