20 sentyabr tarixində Bakılı boksçu, Dünya çempionu Rusiyada mükafatlandırılıb.

Rusiyanın Krasnodar şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Fətəli İsmayılov üçüncü yer tutaraq bürünc medal qazanıb. Həmçinin, yığmanın digər boksçusu Nicat Hüseynov da bürünc medala layiq görülüb, Tural Sarıyev isə xüsusi kubok ilə mükafatlandırılıb.

Azərbaycan yığması turnirə baş məşqçi Əsgər Eyvazovun rəhbərliyi altında 4 boksçu ilə qatılıb.

Qeyd edək ki, Fətəli İsmayılov idmanın uşu-sanda növü üzrə 4 qat Azərbaycan 2 qat Avrasiya və 3 qat Dünya çempionudur.