20 sentyabr tarixində Bakıda kişi meyiti tapılıb. Hadisə Xətai rayonunda baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə FHN-nin “112” qaynar xəttinə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilin giriş qapısını açdıqdan sonra orada 52 yaşlı Əliyar Mutalovun meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.