Futbol üzrə Azərbaycan-İrlandiya qarşılaşmasına biletlər satışa çıxarılıb. Bu haqda bu gün, 20 sentyabrda AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Biletlər bu gündən “İticket” mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”-da yerləşən “İticket” bilet satış məntəqələrindən əldə etmək mümkündür. Qiymətlər 2 – 15 manat arası dəyişir.
Matç 9 oktyabr saat 20:00-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək.
COVİD-19 pandemiyası səbəbindən tribunalara stadion tutumunun 50%-a qədər azərkeş buraxılacaq.
Futbol üzrə Azərbaycan milisi İrlandiya ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində görüşəcəklər.