Gənc Tamaşaçılar Teatrı 44 günlük müharibəyə həsr olunmuş “Zəfər yolu” tamaşası hazırlayır. Tamaşanın nümayişi oktyabr ayına planlaşdırılıb.

Əsas rollarda Əməkdar artist Gülər Nəbiyeva və aktyor Anar Seyfullayev iştirak edəcək. Səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədov, rejissor assistenti Rahib Axundov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssamı Vadim Kuskovdur.

Tamaşa, müharibəni ölkədə və xaricdə yaşayan, hərbi hadisələri izləyən azərbaycanlıların gözü ilə göstərir.

Nümayiş Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının təşkilatçılığı ilə “4.4 Qısa Tamaşalar Festivalı”nda keçiriləcək.