Paytaxtın Nəsimi rayonunda iki nəfəri yandırmaq istəyən şəxslə bağlı cinayət işi açılıb. Bu haqda bu gün, 20 sentyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Rövşən Tağıyev 19 sentyabr tarixində öz qayınanası və qayınatasını yandırmağa cəhd edib. O, Mütəllim və Tahir Babayevlərin evinə gələrək mənzilə və ev yiyələrinə benzin tökərək yandırıb. Babayevlər müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Rövşən Tağıyev saxlanılaraq barəsində cinayət işi açılıb.