Ötən gecə Bakıda gənc oğlan bıçaqlanıb. Hadisə Qaradağ rayonunda baş verib.
“Qobu Park” adlanan yaşayış kompleksinin ərazisində 26 yaşlı Ağaxan Xankişiyev mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılaraq, əməliyyat olunub reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə zamanı yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma davam edir.