“Elmlər Akademiyası” metro stansiyası yaxınlığında səyyar vaksinasiya məntəqəsi fəaliyyətə başlayıb. Bu haqda 20 sentyabr tarixində məlum olub.

Məntəqə Yasamal Rayon İcra Hakimiyyəti və TƏBİB-in təşəbbüsü ilə avtobusda təşkil olunub. “Sinovac” vaksinini vurdurmaq istəyən hər kəs könüllü şəkildə yaxınlaşa bilər.

Sentyabr ayının 19-a olan məlumata görə, Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4.619.432, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 3.357.117 nəfər təşkil edir.