Paytaxtın Xətai rayonunda qanunsuz çəkilən su xətləri aşkarlanıb. Bu haqda bu gün, 20 sentyabrda Azərsu ASC-nin mətbuat xidməti məlumat yayıb.

Nazim Şükürov küçəsində yerləşən “Uğur Su” şirkəti içməli su şəbəkəsinə 40 mm-lik boru ilə qanunsuz birləşmə edib. Xammal kimi istifadə olunan su qablaşdırılaraq satışa verilib.

Neapol küçəsində yerləşən restoran yaxınlıqdakı yataqxana binasının su xəttinə qanunsuz qoşulub.

Eləcədə, Həsən Salmanov küçəsindəki avtoyumaya və ümumilikdə Xətai rayonu ərazisindəki bəzi fərdi evlərə qanunsuz su xətləri çəkilməsi qeydə alınıb.

Qeyri-qanuni birləşmələr ləğv edilib və dəymiş ziyan hesablanıb.

2021-ci ilin ilk 8 ayında sudan qanunsuz istifadə ilə bağlı Xətai rayonu üzrə 92 fakt aşkarlanıb. 26 min kubmetr həcmində sərfiyyat bərpa olunub.