Bakı şəhəri Yasamal rayonunda bu gün, 20 sentyabr səhər saatlarında avtomobil piyadanı vurub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub, 42 yaşlı Vəfa Qarayeva üz, baş və bədənin digər nahiyələrinin çoxsaylı yaraları ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha öncə, 19 sentyabr Səbail rayonunda gecə saatlarında avtomobil 36 yaşlı Mircəlal Həşimovu vurmuşdur. O, sağ bud sümüyünün yerdəyişən qəlpəli sınıqları ilə xəstəxanaya çatdırılmışdır.