20 nömrəli məktəb-liseyin iki növbəli tərdis sisteminə keçməsilə bağlı məlumat Facebook sosial şəbəkəsində yayılıb. Bu gün, 21 sentyabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndəsi bu məlumatı təsdiqləyib.

Qurumun rəsmisi əlavə edib ki, bu qərar məktəbdə sıxlığın qarşısını almaq və tam təhsil prosesinə şərait yaratmaq məqsədi ilə qəbul edilib. Pandemiya dövründə müəllim və şagirdləri virusdan qorumaq üçün bu cür təlimatlar vacibdir.

Məktəblər sentyabrın 22-də ibtidai siniflər, 29-da isə yuxarı sinif şagirdləri üçün qapılarını açacaq. Girişdə şagirdləri müvafiq yoxlamalar gözləyəcək.