“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) internet tariflərinə dəyişiklik edib. Bu barədə 21 sentyabr tarixində məlum olub.

Baktelecom xidmətlərindən istifadə edən müştərilərin internet sürəti artırılıb, aylıq ödəniş haqqı isə endirilib.

ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilərin xidmət haqqı 35%-dək endirilib.

Qeyd edək ki, həmçinin “Aztelekom” MMC xidmətlərin tariflərinə də dəyişiklik olunub. Yeni tariflər barədə ətraflı məlumatı hər iki şirkətinin rəsmi veb-səhifəsi üzərindən əldə etmək mümkündür.