22 sentyabr tarixindən 160 nömrəli marşrut xətti nağdsız ödənişə keçəcək. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Avtobuslar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) – Binə qəsəbəsi istiqamətində hərəkət edirlər. Marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

  • Yeni Ramana 141 Sabunçu rayonu
  • Yeni Ramana 233 Sabunçu rayonu
  • Əli İsazadə küçəsi üzrə 11 ünvanda (Binə qəsəbəsi)
  • Südçülük (Binə qəsəbəsi)
  • Mehriban Qonşular küç. (Binə qəsəbəsi)
  • Nizami Abbasov 24 (Binə qəsəbəsi)

Bundan əvvəl, 9 sentyabr tarixində Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış massivini əlaqələndirən 190 nömrəli marşrut xətti “BakıKart” sisteminə inteqrasiya olunmuşdur.