Paytaxtın Sabunçu rayonunda 2 məktəb binasının açılışı baş tutub. Bu haqda bu gün, 21 sentyabrda məlumat yayılıb.

71 saylı tam orta məkətbdə aparılan yenidənqurma işləri tamamlanıb. 864 yerlik, 30 sinif otağından ibarət əlavə korpus inşa olunub.

307 saylı tam orta məktəbdə də əsaslı təmir edilib. Burada 432 yerlik, 15 sinif otağından ibarət əlavə korpus da tikilib.

Daha bir təhsil ocağı Ağ şəhər adlanan ərazidə fəaliyyətə başlayıb. Bakı Avropa Liseyi üçün inşa edilən 1560 yerlik binanın açılışı baş tutub.

Hər 3 təhsil müəssisəsinin açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib.