Oktyabr ayında Bakıda keçirilən Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş işıq festivalı keçiriləcək. Festival Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunacaq.

Festivalın proqramı 4 gün – 14, 15, 16, 17 oktyabr tarixlərində davam edəcək. Tədbir boyunca Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və həmçinin Qız Qalasının üzərində “Xəmsə”dən olan poemalara həsr olunmuş miniatürlər canlandırılacaq.

Festivalın ilk günü, 14 oktyabr tarixindəki nümayiş qapalı formada keçiriləcək. Qalan günlərdə isə hər kəs tədbirlərdə iştirak edə biləcək.

880-illik yubiley münasibəti ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan olunub.