20 sentyabr, axşam saatlarında Bakıda yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Bu haqda FHN-nin mətbuat xidməti məlumat yayıb.

Hadisə Nərimanov rayonu ərazisində baş verib. Beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzildə yataq dəsti yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.

Bundan əvvəl, 19-dan 20-nə keçən gecə paytaxtın Sabunçu və Yasamal rayonlarında yanğın olmuşdur.