20 sentyabr tarixində axşam saatlarında Yasamal rayonunda Bakı kənar dairəvi yolunda “Opel” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Sürücü xəsarət alıb.

İlkin ehtimala əsasən, 56 yaşlı Elxan Həşimov idarəetməni itirib. O, xəstəxanaya koma vəziyyətində çatdırılıb.

Ümumilikdə, sutka ərzində Bakı şəhəri ərazisində avtomobillərin iştirakı ilə azı 8 yol-nəqliyyat hadisəsi baş verib.