21 sentyabr tarixində paytaxt restoranlarından birində yanğın olub. Hadisə Səbail rayonunda baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 240 kv.m olan restoranın mətbəxinin bacasında yağ qalıqları 1 kv.m sahədə yanıb. Restoran yanğından mühafizə olunub.

Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.