Bakıda fəaliyyət göstərən taksi sürücülərdən oktyabrın birindən COVID-19 pasportu tələb olunacaq. Bu barədə 21 sentyabr tarixində məlum olub.

“Taksi sürücüləri korona virusa qarşı birinci dozadan sonra, oktyabr ayın əvvəlinədək mütləq ikinci dozanı vurdurmalıdırlar. Əks halda vurdurmayan sürücülərə qarşı müvafiq tədbirlər görüləcək”-Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, sürücülər immunitet sertifikatı alaraq da işləyə bilərlər. Karantin rejimini pozan şəxslər isə 200 manatdan 400 manatadək cərimələnəcəklər.