Paytaxtın Nərimanov rayonunda narkotik alveriylə məşğul olan şəbəkə aşkarlanıb. Bu haqda bu gün, 21 sentyabrda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Narkoşəbəkə bir-birilərini tanımayan iki hissədən ibarət olub. Birinci dəstə kuryerliklə məşğul olublar.

İkinci dəstə isə qazanılan pulların leqallaşdırılmağı ilə məşğul olublar. Onlar müxtəlif vətəndaşlardan pul qarşılığında adlarına bir neçə bank kartı açıblar və qazanılan vəsaitləri orada toplayıblar. Onlar ümumilikdə 2000-ə yaxın kart hesabından istifadə ediblər. Sonradan müxtəlif kriptovalyutalar və həmin ölkəyə idxal edilən digər məhsullar alaraq xaricdəki narkotacirlərə göndəriblər.

Həmçinin, şəbəkəyə aid narkotik maddə anbarı kimi istifadə olunan mənzillər və fərdi evlərdən metamfetamin, psixotrop tərkibli dərmanlar, elektron tərəzilər aşkar olunub.

Beləliklə, şəbəkəyə daxil olan 20 nəfər saxlanılaraq barələrində cinayət işi açılıb. Eləcə də, xaricdə yaşayan rəhbərlər də müəyyən edilərək yaşadıqları ölkələrdən məsuliyyətə cəlb olunmaları və ya Azərbaycana ekstradisiya edilmələri ilə bağlı tədbirlər aparılır.