Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 21 sentyabrda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bakı şəhər sakini  E.Məlikov “Mercedes” markalı avtomobili idarə edərkən yolu keçən Oğuz rayon sakini Şaiq Dadaşovu vurub. Piyada yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl, 20 sentyabr axşam saatlarında Bakı kənar dairəvi yolunda “Opel” markalı avtomobil yoldan çıxaraq dərəyə aşmışdır.