21 sentyabr, saat 20:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Yolun 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar əsas və köməkçi yolda avtomobillərin hərəkəti 22 sentyabr saat 08:00-a qədər məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, – deyə qurum müraciət edib.