21 sentyabr tarixində Bakının 3 rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Binəqədi rayonunda sentyabrın 17-də naməlum şəxs avtomobildən 3000 manat pul, maqnitofon və akkumulyator oğurlayıb. Polisin keçirdiyi axtarışdan sonra əvvəllər məhkum olunmuş X.Quliyev yaxalanıb.

Sentyabrın 19-da Nərimanov rayonunda mənzildən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polisin əməliyyat-axtarış tədbirlərindən sonra oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Əzimov tutulub.

Daha bir oxşar oğurluq hadisəsi Xəzər rayonunda baş verib. Sentyabrın 17-də evdən 3750 manat pul oğurluq edən əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.