Paytaxtın Sabunçu rayonunda peyvənd pasportu satan şəxslər saxlanılıblar. Bu haqda bu gün, 21 sentyabrda Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Maştağa qəsəbəsində yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında işləyən şəxslər öz səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə peyvənd vurdurmadan onlara vaksinasiya pasportu təqdim ediblər.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb. Qeyd olunan cinayətdə başqa şəxslərin iştirakı olub-olmamağı araşdırılır.