23 sentyabr-8 oktyabr tarixlərində Valorant oyunu üzrə “İstiqlal” adlı turnir baş tutacaq. Yarış “Gaming League Azerbaijan”ın təşkilatçılığı, Azərbaycan Kiber İdman Federasiyası, Gənclər və İdman nazirliyinin dəstəyi ilə baş tutacaq.

20 komandanın iştirak edəcəyi yarışda hər kəs iştirak edə bilər. Turnirdə 100-ə yaxın oyunçunun mübarizə aparacağı gözlənilir.

Oyunlar saat 19:00 başlayacaq. Yarışı “Glahub” “Twitch” kanalında izləmək mümkün olacaq.