Xəzər rayonunda magistral yolların birində yerüstü piyada keçidinin inşası planlaşdırılır. Bu haqda bu gün, 21 sentyabrda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidməti məlumat yayıb.

Mərdəkan prospekti ilə Qala-Pirallahı avtomobil yolunun kəsişməsində tikilməsi nəzərdə tutulan keçidin ümumi uzunluğu 91.5 metr, daxili eni 4.5 metr olacaq.

Keçiddə fiziki məhdudiyyətli insanlar üçün hər birinin uzunluğu 42 metr təşkil edəcək maillikli piyada pandusları quraşdırılacaq.