Yeni tədris ilində Bakıda beşyaşlı məktəbəhazırlığa cəlb olunacaq şagirdlərin sayı müəyyən olunub. Bu barədə 21 sentyabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib.
Bakıdakı 276 məktəbdə və bağçada 25.189 beşyaşlının məktəbəhazırlığa cəlb olunacağı gözlənilir. Həmçinin bu müəssisələrdə 28.467 müəllim işləyəcək.
İdarənin məlumatına görə, I sinfində 49.171, IX sinfində 36.199, X sinfində 27.016, XI sinfində 23.707, XII sinfində 176 şagirdin təhsil alacağı gözlənilir.