2 oktyabr tarixində Azərbaycan Milli Xalça Muzeyi uşaqlar üçün “Nənəmin sandığından fashion show” adlı layihəyə start verəcək.

“Uşaq muzeyi” şöbəsi bu mövsümdə hazırladığı layihə 10 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.

3 ay davam edəcək kursun qiyməti 180 manat təşkil edir. Kursda Azərbaycan və rus bölməsi də mövcuddur. Azərbaycan bölməsi üçün dərslər saat 14:00-dan 17:00-a, rus bölməsi üçün isə 10:00-dan 13:00-a qədər keçiriləcək.

Kursun sonunda dəfilə keçiriləcək və məzunlar tikdikləri paltarları geyinərək podyuma çıxacaqlar.

Yerlər məhduddur. Qeydiyyat və əlavə məlumat üçün əlaqə nömrəsi: +994 55 262 81 84