Bu gün, 22 sentyabr Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 310 məktəbdə əyani dərslər başlayıb. Bu haqda İdarənin müdiri Mehriban Vəliyeva bildirib.

O, aparılan təmir işlərinin hazırda tamamlandığını və məktəblərin istifadəyə verildiyini də qeyd edib. Yeni tikilən 8 məktəb binasından 5-i artıq istifadəyə verilib, qalan 3-də isə tikinti işləri davam edir.

İbtidai sinif şagirdləri üçün tədris ili bu gün, 22 sentyabrda başlayıb, bir həftədən sonra, sentyabrın 29-da isə 5-11-ci sinif şagirdləri onlara qoşulacaq.