Sentyabrın 21-dən 22-nə keçən gecə ərzində paytaxt ərazisində xəsarətlərlə nəticələnən müxtəlif yol-nəqliyyat hadisələri qeydə alınıb.

Xətai rayonunda velosipedlə hərəkət edən 69 yaşlı Bata Milanovu avtomobil vurması nəticəsində xəstaxanaya aparılıb.

Piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi paytaxtın Yasamal rayonunda baş verib. Avtomobil 14 yaşlı Vüsal Mehtiyevi vurub. Yeniyetmə xəstəxanaya çatdırılıb.

Binəqədi rayonunda iki avtomobil toqquşub. 63 yaşlı Mətin Bayramlı xəsarətlərlə xəstaxanaya aparılıb. Ona sağ sirkə kasasının sınığı diaqnozu qoyulub.

Oxşar hadisə Nəsimi rayonu ərazisində baş verib. Nəticədə 32 yaşlı sərnişin Aygün Zeynalova xəsarət alaraq təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktlarla bağlı araşdırma aparılır.