22 sentyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində Ehtibar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda E.Qasımova hökm oxunub. O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu il fevralın 1-i saat 18:00 radələrində Suraxanı rayonunda baş verib. 33 yaşlı Ehtibar Qasımov qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadına, 29 yaşlı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirib.

Məhkəmədə ifadə verən şəxs arvadını sosial şəbəkədən istifadə etdiyi üçün öldürdüyünü deyib.