22 sentyabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi şənbə günləri dərslərin olub-olmaması barədə açıqlama verib.

“Əgər hər hansı məktəbdə həqiqətən də ciddi sıxlıq varsa, bu problemin aradan qaldırılması üçün şənbə günləri də tədrisin həyata keçirilməsi mümkündür. Problemi tənzimləmək üçün tədris prosesini növbəli şəkildə qura bilərlər,”- idarənin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, şənbə günü müəssələrin işləyib-işləməməsi məktəblərin direktorları sorğu keçirərək özləri qərar verməlidirlər. Həmçinin onlar qərar verərkən, şənbə günü ictimai nəqliyyatın işləməməsini nəzərə almalıdırlar.