22 sentyabr tarixində paytaxtda polis gücləndirilmiş iş rejmində xidmət aparır. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

“Bu cür proseslər tədris dövründə də tərəfimizdən davam etdiriləcək. Hazırda Daxili İşlər Nazirliyinin elan etdiyi “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi ilə bağlı məktəblərdə maarifləndirmə işləri aparılır. Tərəfimizdən təhsil ocaqlarında posterlər asılır”, – deyə o qeyd edib.

Bu gün, ibtidai sinif şagirdləri yeni tədris ilinə başlayıb.