22 sentyabr tarixində Bakıda qadın təcridxanaya soğanın içərisində narkotik keçirməyə çalışıb. Bu haqda penitensiar xidməti məlumat yayıb.

Bakı şəhər sakini Sara Xəlilova Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Ruslan Nuriyevə gətirdiyi sovqata baxış zamanı soğanın içərisində gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 1,587 qram olan psixotrop maddə heroin və ümumi çəkisi 0,806 qram olan psixotrop maddə metamfetamin aşkar edilib.

2021-ci ilin 8 ayı ərzində 224 kq-dan artıq psixotrop maddə, 2 ton 636 kq heroin, marixuana və s. maddələr dövriyyədən çıxarılıb.