Paytaxtın Binəqədi rayonunda itkin düşmüş 12 yaşlı uşaq tapılıb. Bu haqda bu gün, 22 sentyabrda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Uşağın atası Xalid Əmirxanov oğlunun evdən çıxdığını və geri qayıtmadığı barədə Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Ondan 20 gündür heç bir xəbər ala bilmədiyini bildirmişdir.

Polis əməkdaşlarının keçirdiyi axtarış zamanı 12 yaşlı Əmirxan tapılaraq ailəsinə təhvil verilib. Onun küçə ticarəti ilə məşğul olduğu məlum olub.

Azyaşlının valideyni ilə profilaktik söhbətlər aparılıb.

Bundan əvvəl, 16 sentyabrda Bakıya gələn Səlyan rayon sakininin itkin düşməsi barədə məlumat daxil olmuşdur.